Modern.az

İtkin gizir əsirlikdən qayıtdı - Atası: “Hələ ki səbr edirik”

İtkin gizir əsirlikdən qayıtdı - Atası: “Hələ ki səbr edirik”

15 Dekabr 2020, 13:40

Dekabrın 14-də erməni əsirliyindən azad edilərək, Vətənə gətirilən şəxslərin kimliyi açıqlanıb.

 

Açıqlanan siyahıda diqqət çəkən adlardan biri də Vəliyev Vəliəhəd Şakir oğludu.

 

Modern.az onun ailəsi ilə əlaqə saxlamağa çalışıb. Atası Şakir Vəliyev qeyd edib ki, oğlunun qaytarılması ilə bağlı onda məlumat yoxdur:

 

“Bizə belə bir məlumat verilməyib. Hələ ki səbr edirik”.

 

Qeyd edək ki, bundan öncə Vəliyev Vəliəhədin şəhid olduğu xəbəri yayılmışdı. Hətta "şəhidin nəşi" oktyabrın 30-da yaşadığı Lənkərana gətirilərək, dəfn olunmuşdu.

Bir müddət sonra V.Vəliyevin sağ olması barədə sosial şəbəkədə məlumatlar yayılıb. O zaman yayılan məlumatları Şəhidin atası Şakir Vəliyev nə təkzib, nə də təsdiq edə bilmişdi.
 
İndi isə oğlunun sağ qaldığı məlum olub.



Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi