Modern.az

Ramin Bayramlı: Koronavirusa qarşı ən effektli yol vaksinasiyadır

Ramin Bayramlı: Koronavirusa qarşı ən effektli yol vaksinasiyadır

15 Dekabr 2020, 15:14

COVID-19 virusu əvvəllər heyvanlarda müşahidə edilsə də, hazırda insanlara yoluxmağa başlayıb.

 

Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

R.Bayramlı qeyd edib ki, virusun qarşısının alınmasının ən effektli yolu vaksinlərdir:

 

"Vaksinlər öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı ancisimlər yaradır. Ona görə də müasir dövrdə yolxucu xəstəliklərə qarşı ən effektli yol vakainasiyadır.

 

Müasir peyvəndlər tarix boyu insanları müxtəlif xəstəliklərdən qoruyub.

 

Vaksinlərin icadından əvvəl dünyamız indikindən daha təhlükəli idi".

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi