Pandemiyaya qarşı mübarizənin iki yolu var. Birincisi vaksindir ki, bu, hələ tapılmayıb.
Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
R.Bayramlı qeyd edib ki, ikinci yol bizim hazırda içərisində olduğumuz qapanmadır:
"Qapanma isə iqtisadi cəhətdən çox bahalıdır. Ona görə vaksinin tapılmasından başqa yolumuz yoxdur".
TƏBİB sədri deyib ki, son günlər artan yoluxma və ölüm halları vaksinin tətbiqini labüd edir:
"Hazırda 30 vaksindən cəmi 7-si 3-cü fazada klinik sınaqdan keçirilir.
Bunlar BioNTech/Pfizer (Almaniya), Gamaleya/Sputnik V (Rusiya), Moderna (ABŞ), Ozford/AstraZeneca (İngiltərə), Sinovac/CoronaVac (Çin) vaksinləridir.
Sonuncunun effektivliyi 97 faiz müşahidə edilir”.