Modern.az

Hava kəskin dəyişəcək - temperatur 5 dərəcək enəcək

Hava kəskin dəyişəcək - temperatur 5 dərəcək enəcək

15 Dekabr 2020, 15:50

Dekabrın 16-sı gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

 

Qeyri-sabit hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi