Xəstə vətəndaşlarımız xəstəxanalar, həkimlərlə bağlı neqativ halla rastlaşarsa, mütləq şəkildə bu barədə bizə məlumat versinlər. Hazırda ölkə üzrə 48 müəssisə pandemiya ilə mübarizəyə ayrılıb.
Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
R.Bayramlı qeyd edib ki, ümumilikdə xəstəxanaların yükü çox olsa da, vəziyyət nəzarətolunandır:
"Bildiyiniz kimi həkimlərimiz koromavirusla bərabər, digər xəstəliklərin, yaralı qazilərimizin müalicəsini davam etdirirlər".