Modern.az

Deputat Baş nazirə müraciət etdi

Deputat Baş nazirə müraciət etdi

Aktual

15 Dekabr 2020, 17:44

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına yenidən baxılması xahişi ilə Baş Nazir cənab Əli Əsədova müraciət etdim.

Bunu Modern.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.

 

V.Bayramov qeyd edib ki, əvvəlki aylarda pandemiyaya qarşı mübarizədə də qeyri-hökumət təşkilatları ictimai nəzarətin gücləndirilməsi ilə bağlı layihələr icra etmişdilər:

"Bununla belə, karantin dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun hesab olunsa da, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə sərt karantin müddətində icazə verilməyib.

 

Maarifləndirmə, içtimai nəzarət, vətəndaşlar arasında təbliğatın aparılmasında iştirak edən qeyri-hökumət təşkilatlarının pandemiyanın təsirlərinin minimumlaşdırılmasında fəaliyyəti əhəmiyyətini nəzərə alaraq qeyr-hökumət təşkilatlarının (içtimai təşkilatların)  Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına əlavə olunması məqsədəuyğun olardı".

 

Deputat ümid edib ki, qeyr-hökumət təşkilatları da sərt karantin müddətində də fəaliyyətlərini davam etdirmək imkanı əldə edəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi