Modern.az

Siyasi partiyalar və deputatlar ABŞ-ın sanksiyalarını pisləyən birgə bəyanat yaydı

Siyasi partiyalar və deputatlar ABŞ-ın sanksiyalarını pisləyən birgə bəyanat yaydı

Aktual

15 Dekabr 2020, 17:55

Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkilləri S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqini pisləyən birgə bəyanat yayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyanatda bildirilib ki, Türkiyə bu məsələdə geri addım atmayacaq.

 

“ABŞ administrasiyasının 14 dekabr 2020-ci il tarixində Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqini rədd edirik”, - deyə bəyanatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi