Modern.az

3 601 hərbi qulluqçu “Vətən uğrunda” ordeninə layiq görülüb

3 601 hərbi qulluqçu “Vətən uğrunda” ordeninə layiq görülüb

Aktual

15 Dekabr 2020, 19:37

Dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Bu şərəfli ada Azərbaycan Silahlı Qüvvələrinin 3 601 hərbi qulluqçusu layiq görülüb. Onların sırasında 4 general-mayor, 46 polkovnik və başqaları var. Onlardan 2 756-sı ölümündən sonra bu medala layiq görülüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi