Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Çavuşoğlu ABŞ-ın Türkiyəyə qarşı birtərəfli qaydada tətbiq etdiyi sanksiya ilə bağlı Pompeoya öz etirazını bildirib.
O, ABŞ-ın sanksiya qərarına ölkəsinin sərt mövqeyini Pompeonun diqqətinə çatdırıb.