“ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi qərarı ədalətsizdir”.
Modern.az xəbər verir ki, bu, Türk Şurasının tvitter hesabındakı paylaşımında öz əksini tapıb.
“Türkiyənin yanındayıq, bu məsələni dialoq və diplomatiya yolu ilə obyektiv, real, ədalətli şəkildə həll etmək təklifini dəstəkləyirik”, -deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ Türkiyə Müdafiə Sənayesi İdarəsi, onun rəhbəri İsmayıl Dəmir və daha üç Türkiyə vətəndaşına qarşı sanksiya tətbiq edib.