Modern.az

Hacıqabulda ağır yol qəzası - ölən var

Hacıqabulda ağır yol qəzası - ölən var

Aktual

15 Dekabr 2020, 22:29

Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, Saatlı rayon sakini, 1958-ci il təvəllüdlü Şükürov Ağabala Bəybaba oğlu idarə etdiyi “Mercedes” markalı 99 HC 853 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. 

 

Nəticədə sürücü hadisə yerində ölüb. 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi