Modern.az

IV qrupda 20 abituriyent imtahandan qovulub

IV qrupda 20 abituriyent imtahandan qovulub

27 İyul 2012, 19:15

İyulun 27-də Azərbaycanda ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanları keçirildi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, ilkin məlumatlara görə, qaydaları pozan 20 abituriyent imtahandan xaric olunub.

E.Nağızadənin sözlərinə görə, həmin abituriyentlər əsasən köçürməyə cəhd göstərdiklərinə görə imtahandan xaric ediliblər.

İmtahanda iştirak etməli olan 15408 abituriyentdən 1000 nəfər imtahana gəlməyib.

İmtahanda istifadə olunan sualların düzgün cavabları az sonra TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək. Abituriyentlərin nəticələri isə təxminən iki gün sonra açıqlanacaq.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?