İyulun 27-də Azərbaycanda ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanları keçirildi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.
Azərbaycan bölməsinin düzgün cavabları ilə buradan //tqdk.gov.az/etalon2012/a4_gr4_tq.htm tanış olmaq olar
Rus bölməsinin düzgün cavabları ilə bu linkdə //tqdk.gov.az/etalon2012/r4_gr4_tq.htm
yerləşdirilib.
TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, ilkin məlumatlara görə, qaydaları pozan 20 abituriyent imtahandan xaric olunub.
İmtahanda iştirak etməli olan 15408 abituriyentdən 1000 nəfər imtahana gəlməyib.
İmtahanda istifadə olunan sualların düzgün cavabları az sonra TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək. Abituriyentlərin nəticələri isə təxminən iki gün sonra açıqlanacaq.