Modern.az

Olimpiadada cüdoçumuzun ilk rəqibi ermənidir

Olimpiadada cüdoçumuzun ilk rəqibi ermənidir

28 İyul 2012, 10:58

Olimpiya oyunlarına 3-cü dəfə ev sahibliyi edən London şəhəri ötən gecə 90 min tamaşaçı tutan Olimpiya stadionunda XXX Olimpiya oyunlarının təntənəli açılış mərasimini keçirdi. Bununla da növbəti dəfə tarixə qovuşacaq Olimpiya oyunları rəsmi olaraq start götürdü. Bu il Olimpiya oyunlarında 36 idman növündə 302 dəst medal uğrunda mübarizə aparılacaq. Olimpiya çempionu adı qazanmaq üçün 205 ölkədən 10 mindən çox idmançı yarışacaq. Hər bir ölkə kimi azərbaycanlılar da yerli idmançıların uğurlarını gözləyirlər. Azərbaycan komandasının 53 üzvü idmanın 16 növündə yarışacaq. Bunlardan Velosiped, avarçəkmə, qadınlar arasında boks, idman gimnastikası kimi yarışlarında idmançılarımız ilk dəfə olaraq çıxış edəcəklər.

Modern.az-ın məlumatına görə, bu gün Azərbaycan idmançılarının ilk çıxışı olacaq. Olimpiadanın ilk yarış günü 6 idmançı mübarizəyə qoşulacaq. Cüdoçumuz İlqar Müşkiyev ilk yarış günündə öz qüvvəsini sınayacaq. Tatamiyə 13:30 çıxacaq idmançımız bu gün çıxışını yekunlaşdıracaq. 1/16 finaldan mübarizəyə başlayacaq cüdoçumuzun günün sonunda hansı nəticəni göstərəcəyi bəlli olacaq. Müşkiyevin ilk rəqibi Tobias Enqlmayer – Ovanes Davtyan (Ermənistan) cütünün qalibi olacaq.

Boks üzrə Azərbaycan milli komandasının üzvü Məhəmməd Abdulhəmidov (56 kq) - 17:30, 00:30 və Soltan Migitinov (75 kq) -19:00, 02:00 rinqə çıxacaq ilk boksçularımız olacaq. İdman gimnastikasında (fərdi çoxnövçülük) təsnifat mərhələsinə Şakir Şıxəliyev-15:00 çıxacaq.

İlk dəfə Olimpiya oyunlarında çıxış edəcəyimiz idman növü olan Akademik avarçəkmənin
təsnifat mərhələsində Aleksandr Aleksandrov (M1X, 2000 m) – 16:50 və Nataliya Mustafayeva (W1X, 2000 m) – 17:40 ölkəmizi təmsil edəcək.

Anar Kəlbiyev

 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?