Sabiq millət vəkili Anar Axundzadəyə ağır itki üz verib. Modern.az-ın məlumatına görə, Anar Axundzadənin atası dünyasını dəyişib.
Sabiq deputatın yaxınlarının saytımıza bildirdiyinə görə, onun atası Seyran Axundov bu gün qəfil dünyasını dəyişib. Mərhum bu gün Bakıda torpağa tapşırılacaq.
Qeyd edək ki, Anar Axundzadə II çağırış Milli Məclisdə 3 saylı Naxçıvan seçki dairəsinin deputatı olub.
Allah rəhmət eləsin!