Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunları davam edir. Ötən gün yarışda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Soltan Migitinov ilk oyununu keçirib.
Boksçumuz onaltıdabir final mərhələsində misirli Məhəmməd Hikal ilə qarşılaşıb. Rəqibini məğlub edən S.Migitinov növbəti mərhələyə vəsiqə qazanıb. Səkkizdəbir final mərhələsində boksçumuzun rəqibi Braziliya idmançısı Florentino Falko olacaq. Qarşılaşma avqustun 2-də keçiriləcək.
Modern.az