Modern.az

Cüdoçumuz Olimpiadada iki qələbə qazandı, medalı əldən verdi

Cüdoçumuz Olimpiadada iki qələbə qazandı, medalı əldən verdi

Təhsil

29 İyul 2012, 20:04

Azərbaycanı XXX London Yay Olimpiadasında təmsil edən cüdoçumuz Tərlan Kərimov turinirə qələbə ilə başlayıb. Modern.az-ın məlumatına görə, turnirin II günündə azərbaycanlı cüdoçusu Tərlan Kərimov 1/16 finalda əlavə vaxtda rusiyalı Musa Moquşkovu məğlub edib.

1/8 finalda onun rəqibi Misir idmançısı Əhməd Avad olub. Bu cüdoçu 1/16 finalda Humaid Alderey (BƏƏ) üzərində qələbə qazanmışdı. Lakin Tərlan bu rəqibi üzərində aşkar qələbə qazanıb və 1/4 finala vəsiqə əldə edib - 2:0.
 
1/4 finalda Tərlan Kərimov güclü İspaniya idmançısı ilə qarşılaşacaq.

****

Təəssüf ki, T.Kərimovun yarımfinala çıxa bilmədi, o, rəqibi Suqoy Uriarteyə uduzdu - 0:2. 
 
Amma idmançımızın hələ təsəlliverici görüşlərdə qüvvəsini sınamaq şansı qalırdı. Onun bu yolda ilk rəqibi isə polşalı Pavel Zaqrodnik idi. Çox təəssüf ki, o, elə bu rəqibinə uduzaraq, bürünc medal qazanmaq şansını da əldən verib və Olimpiadanı yeddinci yerdə başa vurub.
 
Qeyd edək ki, Olimpiadasına 8 cüdoçu ilə mübarizə aparan yığmamızın üzvü İlqar Müşkiyev dünən ilk görüşdə erməni cüdoçusu Ovanes Davtyana məğlub olaraq turnirlə vidalaşıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?