Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə iyulun 30-da gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.
Modern.az