İyulun 29-da Azərbaycanın üzgüçülük yığmasının üzvü Oksana Hətəmxanova London olimpiadasında mübarizəyə qoşulub. O, üzgüçülüyün brass növü üzrə 100 metr məsafəyə təsnifat yarışlarında mübarizə aparıb.
İdmançımız ilk qrupda İvana Ninkoviç (Bosniya), Pilar Şimizu (Quam), Matelita Buadromo (Fici), Oyungerel Qantumur (Monqolustan) və Dede Kamara (Qvineya) ilə mübarizə aparıb. Bu "altılıq"da Hətəmxanova 1:25.52 dəqiqəlik nəticə ilə dördüncü olub. Amma bu göstərici ilə yarımfinala çıxmaq onun üçün mümkünsüz olub.
Qeyd edək ki, təmsilçimiz yarımfinala vəsiqə qazanmaq üçün 45 idmançı arasında 16 ən yaxşı nəticədən birini göstərməliydi. Beləliklə, daha bir idmançımız Olimpiada ilə vidalaşmalı olub.
Modern.az