Modern.az

Çavuşoğlu ilə Pompeo arasında telefon danışığı olub

Çavuşoğlu ilə Pompeo arasında telefon danışığı olub

Aktual

18 Dekabr 2020, 09:10

ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

 

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

 

“Dövlət katibi Pompeo xarici işlər naziri Çavuşoğluna bildirib ki, S-400 sistemlərinin alınması ABŞ hərbçilərinin və hərbi texnologiyalarının təhlükəsizliyini təhlükə altına qoyur, həmçinin Rusiyanın Türkiyə Silahlı Qüvvələrinə və müdafiə sənayesinə girişinə imkan verir”, - Dövlət Departamentinin bəyanatında qeyd olunur.

 

Pompeo özü də tvitterdə Çavuşoğlu ilə danışdığını təsdiqləyib.

 

Qeyd edək ki, ABŞ bu həftə S-400-lərin alınmasında məsul olan Türkiyə məmurları və qurumlarına qarşı sanksiyalar tətbiq edib.

Twitter
Sizə yeni tvit var
Keçid et