Modern.az

Horadiz və Cəbrayıl ərazilərindən daha 41 erməni meyiti tapılıb

Horadiz və Cəbrayıl ərazilərindən daha 41 erməni meyiti tapılıb

Aktual

18 Dekabr 2020, 09:16

Dünən axtarış qrupları Horadiz və Cəbrayıl ərazilərindən 41 Ermənistan hərbçisinin meyitini təxliyə edib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçıların qərargahı bildirib.

Qeyd edilib ki, noyabrın 13-dən bəri 933 meyit tapılıb.

Axtarışlarda müharibə nəticəsində itkin düşənlərin valideynləri də iştirak edir.

Rusiya sülhməramlıları axtarışlarda bilavasitə iştirak etmir, lakin (Azərbaycan tərəfi ilə) danışıqlar prosesini təmin edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et