Modern.az

Bakı sakinlərinə xəbərdarlıq - Küçəyə çıxmayın

Bakı sakinlərinə xəbərdarlıq - Küçəyə çıxmayın

Aktual

18 Dekabr 2020, 09:46

COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq dekabrın 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparacaq.

 

Bu barədə Modern.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.

 

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et