“Deputat həmkarlarımız, Milli Məclisin Aparatının əməkdaşları və texniki işçilər arasında çoxlu yoluxma halları var”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Rzayev deyib.
Deputat təkliflə də çıxış edib:
"Parlamentin iclasında gündəlik ətrafında məsələlərin müzakirəsi səsvermə ilə olmalıdır. Çoxluq təşkil edərsə, biz bu müzakirələri aparaq. Ölkədə pandemiyadır. Biz hamıya deyirik, bir yerə yığışmasın”.
Sədr Sahibə Qafarova deyib ki, bu məsələ dünən komitə sədrlərinin iclasında müzakirə edilib:
“Hər zaman səsə qoyurduq. Bundan sonra da səsə qoyulacaq”.