Modern.az

İcbari tibbi sığorta xidmətləri daha 1 il ƏDV-dən azad edilir

İcbari tibbi sığorta xidmətləri daha 1 il ƏDV-dən azad edilir

18 Dekabr 2020, 12:18

İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən (164.1.51-ci maddə), icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi  2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azaddır. Dəyişikliyə əsasən, bu müddət daha 1 il artırılır.



Beləlkilə, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi  2020-ci il yanvarın 1-dən 1 il deyil, 2 il müddətinə ƏDV-dən azad olacaq.

 

Qanun layihəsi bir oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi