Modern.az

UEFA “Qarabağ”a texniki məğlubiyyət verdi

UEFA “Qarabağ”a texniki məğlubiyyət verdi

Aktual

18 Dekabr 2020, 22:02

UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun "Vilyarreal" - "Qarabağ" matçı ilə bağlı qərarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisinə texniki məğlubiyyət verilib.

 

Xatırladaq ki, dekabrın 10-da UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda keçirilməli olan "Vilyarreal" - "Qarabağ" matçı baş tutmayıb. 

Buna səbəb “Qarabağ” klubunun UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ünün koronavirusa yoluxduğundan (hər iki qapıçı) “Vilyarreal”la oyunda iştirak edə bilməməsi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi