Şəmkirdə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Nailə Əsgərova və 7 yaşlı qızı Səlmi yaşadığı evdə dəm qazından zəhərləniblər.
Zəhərlənən ana və qızı xəstəxanaya çatdırılsa da, ananın həyatını xilas etmək mümkün olmayıb. Səlminin vəziyyəti isə ağır qiymətləndirilir (qafqazinfo).