Somalinin Qalkayo şəhərində stadionda partlayış baş verib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində yüksəkrütbəli hərbçilər də daxil olmaqla azı 35 nəfər həlak olub.
Məlumata əsasən, partlayış terrorçu-intiharçı tərəfindən törədilib.
Yerli "Shabelle" radiostansiyası dəqiqləşdirib ki, həlak olanlar arasında "Danab" xüsusi təyinatlı dəstəsinin elit briqadası bölməsinin komandiri, general Muxtar Abdi Aden, onun müavini, general Marşo və Qalkayonun keçmiş meri Mohamud Yasin Əhməd Tumay da var.