Modern.az

Daha iki güləşçimiz dünya kubokundan medalla qayıdır

Daha iki güləşçimiz dünya kubokundan medalla qayıdır

19 Dekabr 2020, 00:35

Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən fərdi dünya kubokunda çıxışını başa vurub.

 

Modern.az xəbər verir ki, son olaraq 97 kq çəki dərəcəsində Şamil Zubairov bürünc medal görüşündə qüvvəsini sınayıb.

 

Bolqarıstanlı Ahmed Batayevlə qarşılaşan idmançı rəqibinə 1:8 hesabı ilə uduzaraq, şansını əldən verib.

Beləliklə, sərbəst güləşçilər turnirdə ümumilikdə 2 medal qazanıblar. Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medala sahib çıxıb.

 

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi