Modern.az

ABŞ “Moderna” şirkətinin vaksininə icazə verdi

ABŞ “Moderna” şirkətinin vaksininə icazə verdi

19 Dekabr 2020, 00:47

ABŞ administrasiyası “Moderna” şirkətinin hazırladığı koronavirus əleyhinə vaksinin paylanmasına başlayır.

 

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün tvitter səhifəsində yazıb.

 

““Moderna” şirkətinin vaksini böyük səs çoxluğu ilə təsdiq olunub. Ləngimədən preparatın paylanmasına başlanacaq”, - deyə Donald Tramp bildirib.

 

O əlavə edib ki, Avropa və dünyanın digər dövlətləri, xüsusən Almaniya, Fransa, İspaniya və İtaliya virusdan ciddi zərər çəkiblər. Vaksin artıq yoldadır.

 

Qeyd edək ki, bir qədər öncə ABŞ-ın qida məhsullarının və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət üzrə idarəsinin (FDA) ekspertlər qrupu “Moderna” şirkətinin hazırladığı vaksinin təcili istifadəsinə icazə verilməsini tövsiyə edib.

 

“Bloomberg” agentliyinin məlumatına əsasən, 20 ekspert peyvəndin tətbiqinə səs verib, bir nəfər bitərəf qalıb, əleyhinə çıxan olmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi