Modern.az

Əfqanıstan prezidentinin müşaviri Bakıya gəlir

Əfqanıstan prezidentinin müşaviri Bakıya gəlir

Aktual

19 Dekabr 2020, 17:30

Əfqanıstan İslam Respublikası Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının (PA) rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 dekabr tarixində Bakı şəhərində səfərdə olacaq.

 

Bu barədə Modern.az-a Əfqanıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

 

"Səfərdə məqsəd Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırkı səviyyəsi barədə müzakirələr aparmaq, təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır", - deyə diplomatik nümayəndəliyin məlumatında qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi