Modern.az

Əfqanıstan nümayəndə heyəti Azərbaycana gəlir

Əfqanıstan nümayəndə heyəti Azərbaycana gəlir

Aktual

19 Dekabr 2020, 21:00

Əfqanıstan İslam Respublikası Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 20-22-də Bakıda səfərdə olacaq.

 

Modern.az Əfqanıstanın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, səfərin məqsədi Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırkı səviyyəsi barədə fikir mübadiləsi aparmaq, təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.

 

Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi