Modern.az

Qazaxıstanda məmurlara xarici banklarda hesab açmaq qadağan edildi

Qazaxıstanda məmurlara xarici banklarda hesab açmaq qadağan edildi

20 Dekabr 2020, 09:58

Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev cinayət prosesində və korrupsiyaya qarşı mübarizədə vətəndaşların hüquqlarının qorunmasının gücləndirilməsi barədə qanuna dəyişiklik edib.

 

Modern.az TASS-a istinadən bildirir ki, yeni qanuna əsasən, dövlət qulluqçularının xarici ölkələrin banklarında hesab açması qadağan edilib.

 

Bu qanuna əsasən, ölkənin deputatları və hakimləri də respublikadan kənarda bank hesabı aça bilməz. Əks halda isə bu əməl korrupsiya cinayəti kimi qiymətləndiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu