Modern.az

Əfqanıstanda millət vəkilinə qarşı sui-qəsd 

Əfqanıstanda millət vəkilinə qarşı sui-qəsd 

20 Dekabr 2020, 11:44

Əfqanıstanın paytaxtı Kabil şəhərində növbəti terror aktı törədilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Tolo News” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, partlayış Spin Kalay meydanında baş verib. Hücumun hədəfi Əfqanıstan parlamentinin üzvü Hacı Xan Məhəmməd Vardakın avtomobili olub.

 

“Pajvak” agentliyinin verdiyi məlumata görə, millət vəkili yaralanıb. Terror hücumu nəticəsində doqquz nəfər ölüb, altı nəfər xəsarət alıb.

 

İndiyə qədər heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu