İraqın paytaxtı Bağdadın "yaşıl zona" adlanan ərazisi raket hücumuna məruz qalıb.
Modern.az "TASS"a istinadla xəbər verir ki, azı üç raket dövlət qurumlarının və xarici diplomatik missiyaların, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi ərazinin yaxınlığına düşüb.
Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.
Qeyd edək ki, "yaşıl zona" Bağdadda dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi əraziyə deyilir.