Modern.az

Nazirlik: “Daha bir neçə mədəniyyət xadimi işdən çıxarılacaq”

Nazirlik: “Daha bir neçə mədəniyyət xadimi işdən çıxarılacaq”

30 İyul 2012, 17:19

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov son günlər  mədəniyyət sahəsində aparılan ixtisarlarla bağlı Modern.az-a açıqlama verib. Nazirlik rəsmisinin sözlərinə görə, ötən həftə olduğu kimi, yaş senzi ilə əlaqədar mədəniyyət işçiləri arasında ixtisarlar davam edəcək.

“İxtisara düşən insanların hər biri Azərbaycan mədəniyyətində hörmətləri olan şəxslərdir. Təbii ki, yaş həddi ilə əlaqədar onların ixtisara düşməsi normal haldır. Onlar rəhbər vəzifələrdə olmasa da, biz onların təcrübələrindən yararlanmaq niyyətindəyik.
Bu proses əvvəllər də olub, bundan sonra da olacaq. Pensiya yaşı çatan şəxslərin rəhbər vəzifərlərdən kənarlaşdırılması təbii haldır. Bu proses ümumi qayda-qanun çərçivəsində həyata keçirilir”, - deyə İ.Hümbətov qeyd edib.

Nazirlik sözcüsü həmçinin bildirib ki, ixtisara düşən mədəniyyət xadimləri müqavilə əsasında fəaliyyət göstərə biləcəklər.

“Bütün sahələrdə ixtisarlar olur. Pensiya yaşı çatan şəxslər təbii ki, yerlərini başqalarına verməlidirlər. Burada qeyri-adi nə var ki. Mütləq deyil ki, onlar rəhbər vəzifə tutsunlar. Müqavilə formasında onlar öz xidmətlərini davam edə biləcəklər”.

Qeyd edək ki, Dövlət Muğam Teatrının direktoru Arif Qazıyev, Uşaq Filarmoniyasının bədii rəhbəri, bəstəkar Oqtay Zülfüqarov, “Qaya” qrupunun rəhbəri Rauf Babayev, Uşaq Dövlət Filarmoniyasının rəhbəri Fərəh Şəkinksaya və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, xalq artisti Cənnət Səlimova yaş senzi ilə əlaqədar təqaüdə göndəriliblər.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi