Modern.az

Niderland parlamentinə etiraz məktubu göndərdik” – Eldar Quliyev

“Niderland parlamentinə etiraz məktubu göndərdik” – Eldar Quliyev

Aktual

21 Dekabr 2020, 15:02

“Deputat həmkarım Səməd Seyidovun köməkliyi və mənim imzamla Niderland parlamentinə etiraz məktubu göndərmişik”.

Bu fikirləri Modern.az-a Milli Məclisin  Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev Niderland parlamentində Azərbaycan əleyhinə qəbul edilən sənədə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Niderland parlamentində dostluq qrupu yoxdur:

“Ancaq beynəlxalq komitə var. Biz də onlarla beynəlxalq komitə vasitəsilə əlaqə yaradırıq”.

İşçi qrupunun rəhbərinin sözlərinə görə, sənəd tam olaraq parlamentə çıxmayıb:

“Həmin sənəd ancaq komitə səviyyəsində qəbul edilib. Adi niyyət sənədidir. Hələ ki parlamentə gedib çıxmayıb”.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Niderland Krallığının Parlamenti komitə səviyyəsində Azərbaycan əleyhinə qərəzli qətnamə qəbul edib.  




Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi