Modern.az

“Azərişıq”dan onlayn xidmət - VİDEO

“Azərişıq”dan onlayn xidmət - VİDEO

21 Dekabr 2020, 16:45

“Pandemiya dövründə istehlakçılar bildirişləri sistem vasitəsilə risksiz əldə edə bilər, habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı var”.

 

Bu barədə pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin 14 dekabr 2020-ci ildən 18 yanvar 2021-ci ilədək sərtləşdirilməsi ilə bağlı “Azərişıq” ASC-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək.

 

//youtu.be/y83UBXj-j08

 

Əlavə olunub ki, “SMART” sayğaclarla təchiz edilmiş abonentlərə "card reader"lər təqdim olunub:

 

"Hazırda pandemiya dövrüdür və bu bir daha onlara şərait yaradacaq ki, evdən çıxmadan həmin qurğu vasitəsi ilə hesablarına pul əlavə etsinlər.

 

Xüsusi karantin dövründə ödəmə məntəqələrinin və müxtəlif ödəniş şirkətlərə aid terminalların bağlı olması səbəbi ilə istehlakçılarımızın SMART kart sayğaclarının balansının artırılması problemi yaranmışdır.  Layihədə istehlakçılarımız sadə bir qurğu əldə etməklə evdən internet vasitəsilə smart kart sayğac balansını artıra bilərlər.

 

Abunəçilər bu cihazları "ASAN kommunal" və "ASAN xidmət" mərkəzlərindən ödəniş etməklə əldə edə bilərlər.


İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Qəza xidmətləri minumum işçi sayı ilə öz vəzifələrini icra edir. Abonentlərimizdən xahiş edirik ki, hər hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 Çağrı mərkəzi ilə əlaqə saxlasınlar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi