Modern.az

Ucarda avtomobil dayanacağa çırpılıb, iki nəfər ölüb

Ucarda avtomobil dayanacağa çırpılıb, iki nəfər ölüb

21 Dekabr 2020, 18:11

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Araz Zakir oğlu Bayramovun idarə etdiyi "VAZ 21012" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dayanacağa çırpılıb.

 

Nəticədə sürücü A. Bayramov və hələlik şəxsiyyəti məlum olmayan qadın hadisə yerində ölüb. Meyit FHN-nin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi