Modern.az

78 gün sonra şəhid xəbəri gəldi - FOTO

78 gün sonra şəhid xəbəri gəldi - FOTO

Aktual

22 Dekabr 2020, 00:24

Ucar rayonunda Vətən müharibəsində şəhid olmuş gizir Qarayev Namiq Qara oğlu dəfn edilib.

 

Modern.az xəbər verir ki, o, ötən gün Qazıqumlaq kəndində torpağa tapşırılıb.

 

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, sakinlər iştirak edib.

 

Qeyd edək ki, Namiq Qarayev 1978-ci ildə Ucarın Qazıqumlaq kəndində anadan olub. O, 78 gün idi ki, itkin düşmüşdü.

Namiq Qarayev ailəli idi, iki övladı yadigar qalıb.

 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi