Modern.az

Britaniya ilə əlaqələri kəsən ölkələr çoxaldı

Britaniya ilə əlaqələri kəsən ölkələr çoxaldı

22 Dekabr 2020, 09:06

Böyük Britaniyaya uçuşları dayandıran ölkələrin sırası genişlərin. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya Birləşmiş Krallığında koronavirusun yeni növünün yayılmasından sonra Fransa, Belçika, Almaniya, Danimarka, Avstriya, İtaliya, Bolqarıstan, Çexiya , Rumınıya, İsveç, Estoniya, Litva, Latviya , Kanada, Küveyt, Səudiyyə Ərəbistan, Salvador, Rusiya və Hollandiya kimi ölkələr ora uçuşları dayandırıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropadakı üzv ölkələrə tədbirləri artırmağı məsləhət görüb.

Fransa Britaniya ilə sərhədini 48 saatlıq bağlayıb, bu müddət ərzində uçuşlardan başqa, Dover limanından da heç bir yük maşını və ya gəmi çıxa bilməz.

Qeyd edək ki, yeni mutasiya və ölkənin cənub-şərqində və Londonda sürətlə yayılıb. Yeni növ koronovirusun əvvəlkindən 70 faiz daha yoluxucu olduğunu müəyyənləşib.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi