Modern.az

Mərakeş İspaniyaya qarşı ərazi iddiası irəli sürdü

Mərakeş İspaniyaya qarşı ərazi iddiası irəli sürdü

Aktual

22 Dekabr 2020, 09:55

Mərakeş İspaniyaya qarşı ərazi iddiası irəli sürüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mərakeş krallığının baş naziri Sadəddin Əl-Osmani danışıb. Belə ki, baş nazir Afrikanın şimal ucunda, Mərakeşlə sərhəddə yerləşən İspaniyanın Seuta və Melilla şəhərlərinin Mərakeş torpağı olduğunu bəyan edib.

 

"Seuta və Melilla Qərbi Səhra kimi Mərakeş torpağıdır. Qərbi Səhra məsələsini tam həll edəndən sonra Seuta və Melilla məsələləri də gündəmə gələcək", - deyə baş nazir vurğulayıb. Bundan sonra iki ölkə arasında diplomatik böhran yaranıb. İspaniya dərhal Mərakeşin səfirini XİN-ə çağırıb və baş nazirin sözləri ilə bağlı izahat tələb edib. İspaniya bütün ortaqlarından suverenliyə və ərazi bütövlüyünə hörmət tələb etdiyini səfirin diqqətinə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi