Modern.az

Bakıda beşəmlərdən sağ qalan tək körpəni anasına verməyiblər

Bakıda beşəmlərdən sağ qalan tək körpəni anasına verməyiblər

31 İyul 2012, 10:53

İyulun 14-də Azərbaycanda ilk dəfə 5 əkiz (beşəm) körpə doğulub. Modern.az-ın bir müddət öncə məlumat vermişdi ki, həmin körpələrdən dördü ölüb, yalnız 960 qram olan oğlan uşağı yaşayır.

Körpələrin anası Nuranə Əliyeva beşəmlərdən sağ qalan yeganə körpənin vəziyyətinin qənaətbəxş olduğunu söyləyib.

“Həkimlər oktyabr ayına qədər uşağın xəstəxanada qalacağını deyib.Çünki, həm özü çox zəifdir, həm də çəkisi azdır. Ona görə də xüsusi müalicəyə ehtiyacı var”- deyə, N. Əliyeva bildirib.
 

Nuranə Əliyeva qeyd edib ki, Bakıda körpəyə heç bir köməyi dəymədiyi üçün Zaqatalaya gedib. “Bakıda qalsam da, ona heç bir kömək edə bilmirdim. Nə ana südüylə qidalanır, nə də yanında qala bilirəm. Ona görə də rayona gəlmişəm”

 

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?