“Media işçilərinə təşəkkür edirəm ki, müharibə vaxtı çox aktiv iştirak etdilər. Həm cəbhə bölgəsində əsgərlərimizin yanında oldular, həm də xaricdə olan düşmənlərə qarşı informasiya müharibəsində öndə getdilər”.
Modern.az xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən deputat Siyavuş Novruzov deyib.
Deputat Xankəndidə evlərin satışa çıxarılmasına da münasibət bildirib:
“Gələcəkdə Azərbaycanda yaşayan ermənilər daşınan əmlak alıb-satmaq hüququna malikdirlər. “Xankındində ev alaq-almayaq” demək düşmən dəyirmanına su tökməkdir. Bu dolayısı yolla düşmən əlinə əsas verir ki gələcəkdə hansısa planı həyata keçirtsin”.
Siyavuş Novruzov Azərbaycana qarşı əks mövqedə dayanan insanlara da toxunub:
“Azərbaycan ordusu şanlı qələbə əldə edib. Bu gün ermənilər tərəfindən maliyyələşənlər bunu həzm edə bilmir. O baxımdan da onlar sakit dayana bilmirlər. Məkrli niyyətlərini ortaya qoyurlar. Amma onlar məkrlərini həyata keçirə bilməyəcəklər”.