Ermənistanda Qarabağ məğlubiyyəti ilə bağlı elan olunmuş 3 günlük matəm başa çatıb.
Modern.az xəbər verir ki, matəm dekabrın 19-da elan olunmuşdu. Bu gündən etibarən ölkədə yenidən aksiyalar bərpa olunur.
Ölkə müxalifəti Nikol Paşinyanın istefası tələbi ilə saat 12:00-dan etibarən ölkədə ümumilli tətilə başlayacaq.