Modern.az

IV qrup üzrə qabiliyyət imtahanı keçirilir

IV qrup üzrə qabiliyyət imtahanı keçirilir

31 İyul 2012, 11:24

Bu gündən IV ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK) mətbuat xidmətindən Modern.az-a  verilən məlumata görə, imtahan komissiyasında qeydiyyatdan keçən abituriyentlər iyulun 31-dən avqustun 8-dək qabiliyyət imtahanı  verəcəklər.

Bildirilib ki, qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər IV ixtisas qrupuna  daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.  Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. 

Qeyd edək ki,test imtahanının nəticəsinə əsasən 2973 abituriyent (xüsusi qabiliyyət tələb edən və aqrar ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!