Modern.az

Ermənilər Kəlbəcərdə mineral su bulaqlarını istismar edib

Ermənilər Kəlbəcərdə mineral su bulaqlarını istismar edib

22 Dekabr 2020, 15:04

"Kəlbəcər yüksək dağlıq şəraitinə malik olduğundan burada əkinçilik təsərrüfatındansa, mal-qaranın inkişaf etdirilməsi ilə daha yaxşı nəticələr əldə etmək olar".

 

Modern.az xəbər verir ki, bunu AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.

 

Şöbə müdiri işğal dövründə təkcə Kəlbəcərdəki mineral su bulaqları istismarının ölkəyə 7,5 milyard həcmində ziyan vurduğunu nəzərə çatdırıb.O qeyd edib ki, ermənilər həmin suları qablaşdıraraq öz adları ilə ixrac ediblər: "Bizə məxsus qızıl, civə yataqlarından onların əldə etdikləri gəlir isə qat-qat artıq olub ki, bu da bizim itkilərimizin hesabınadır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi