Modern.az

Prezident İlham Əliyev Lənkəranda

Prezident İlham Əliyev Lənkəranda

31 İyul 2012, 12:10

Lənkərana səfəri çərçivəsində Prezident İlham Əliyev iyulun 31-də Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Modern.az AzərTAc-a istinadən bildirir ki, dövlətimizin başçısına məlumat verilib ki, yenidənqurma işlərindən əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olub. Hazırda isə binanın ümumi sahəsi üç min kvadratmetrdir. Mərkəzin ikimərtəbəli binasının interyeri nəfis tərtibatda işlənib.
Heydər Əliyev xatirə parkında yerləşən mərkəzin muzeyində mərhum dövlət başçısının büstü qoyulub. Muzeydə görkəmli dövlət xadiminin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər və fotolar toplanıb.
Mərkəzdəki 300 yerlik akt və 80 yerlik konfrans zallarında rayonun ictimai-siyasi və mədəni həyatında, əlamətdar günlərdə müxtəlif tədbirlərin keçirilməsi üçün geniş şərait yaradılıb. Zallar müasir akustika sistemləri ilə təchiz olunub.
Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Mənsur Ağayev göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlıq edib.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?