Modern.az

Sürücülər hansı halda avtobus zolağından istifadə edə bilər? - BNA-dən CAVAB

Sürücülər hansı halda avtobus zolağından istifadə edə bilər? - BNA-dən CAVAB

22 Dekabr 2020, 16:04

Sürücülər sərnişinlərin minib düşməsi üçün avtobus zolağından istifadə edə bilər.

 

Bu barədə Modern.az-a  Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, sürücülər bunu o zaman edə bilər ki, həmin yerdə başqa qadağanedici nişan yoxdur.

 

"Əgər avtobus zolağı qırıq-qırıq nişanlanma xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa digər nəqliyyat vasitələri aşağıdakı hallarda həmin zolaqdan istifadə edə bilər:

 

Sağa dönərkən (müvafiq kənar vəziyyət tutmaq üçün);

 

 

 

Sağa döndükdən sonra döndüyü yolun sağ kənarına yaxın hərəkət etmək üçün (lakin döndükdən dərhal sonra zolağı tərk eləməlidir);

 

Başqa qadağalar yoxdursa sərnişinlərin minməsi və düşməsi üçün. Başqa məqsədlər üçün avtobus zolağında nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətə gətirilə bilməz".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi