Modern.az

Ön cəbhədə “Qarabağdan Anadoluya könül körpüsü” tədbiri keçirilib - FOTO

Ön cəbhədə “Qarabağdan Anadoluya könül körpüsü” tədbiri keçirilib - FOTO

31 İyul 2012, 12:34

 “Qarabağdan Anadoluya könül körpüsü” adlı proqram çərçivəsində ön cəbhədə olan Tərtərdə qulluq edən əsgərlər üçün tədbir və konsert proqramı keçirilib. Tədbir millət vəkili  Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin və Umud Rəhimoğlunun rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun  təşkilatçılığı ilə baş tutub.

Tədbirdə“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva,  Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, , Avropa Qəzətçiliər Birliyinin sədri Adnan Fişəng , Türkiyənin tanınmış sənətçisi Nursaç Doğanışık və Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva iştirak ediblər.
Tədbirə açılışı tərbiyəvi işin təşkili üzrə briqadanın zabiti Rövşən Cəlilov edib. Daha sonra Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov danışıb. İcra başçısı əsgərləri salamlayaraq öz ürək sözlərini bölüşüb.
Millət vəkili Qənirə Paşayeva isə ön cəbhədə əsgərlərlə bir arada olmaqdan öz məmnunluğunu ifadə edib:
“Əziz hərbçi və əsgərlər, bu gün biz sizinlə ölkəmizin ön cəbhələrindən birindəyik. Siz ölkəmizi və bu ön cəbhəni çox layiqli və ləyaqətlə qoruyursunuz. Düşmən Ermənistanın bütün təxribatlarına, atəşkəsi pozaraq sivil insanları atəşə alma kimi vandalizm aktlarına, öz əkin sahələrində, həyətlərində çalışan insanları snayperlərlə hədəfə alma aktlarına, belə bir vəhşi hərəkətləri törədən qüvvələrin varlığına belə baxmayaraq siz layiqli şəkildə insanları qoruyursunuz . Siz öz ölkənizi təxribatlardan qoruyursuz. Bu gün bütün dünya və düşmən sizin simanızda Azərbaycan ordusunun gücünü və qüdrətini görür. Bu gün Azərbaycan və onun ordusu içərisində vətənini və ön cəbhələri qoruyan oğullar  ən yüksək səviyyədə vətən üçün mübarizəyə və mücadiləyə hazırdır. Mən sizinlə burda, ön cəbhədə birgə olmaqdan iftixar hissi keçirirəm. Biz daima sizinlə ön cəbhələrdə görüşürük, amma bu gün isə fərqli bir görüşdür. Türkiyədən gəlmiş nümayəndə heyəti bizim ön cəbhə ilə tanış olmaq arzusu ilə gəliblər. Bu arzu onları bu gün sizə yaxın etdi və ön cəbhəyə gətirdi. Burda gördükləri, hiss etdikləri və əsgərlərimizlə olan təmaslar çox önəmlidir. Bizim bu tədbirimizin də adı “Qarabağdan Anadoluya könül körpüsü adlanır”. Bu tədbirlər hələ bir neçə gün də davam edəcək. Türkiyənin tanınmış sənətçisi və anası da Gəncə kökənli olan  Nursaç Doğanişıq və bizim əməkdar artist Tünzalə Ağaeva burdadı və bir az sonra onlar sizə öz mahnı töhfələrini verəcəklər. Həmçinin Avropa Qəzetçilər Birliyinin sədri Adnan Fişəng burdadı. O da bizim Azərbaycan həqiqətlərinin və erməni vəhşiliklərinin bütün dünyada əsl reallığının tanınmasında müəyyən işlər görür”. 

Daha sonra Avropa Qəzetçilər Birliyinin rəhbəri Adnan Fişəng çağırış dolu bir çıxış edib.

Tədbirdə əsgərlər üçün ilk musiqi payını Qənirə Paşayevanın sözlərinə olan “Anam Azərbaycan” və “Biz gəlirik” mahnılarını Tünzalə Ağayeva ifa edib. Ard-arda öz musiqilərini təqdim edən Tünzalə Ağayeva səhnəyə Türkiyənin tanınmış sənətçisi Nursaç Doğanişıqı dəvət edib. Nursaç Doğanişıq Azərbaycanın milli musiqiləri ilə əsgərləri rəqsə dəvət edib.
Tədbirin sonunda xidmətində fərqlənən əsgərlərə hədiyyələr təqdim edilib. 



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!