Modern.az

Köhnə “Android” versiyalı cihazlarla bağlı müddət uzadıldı

Köhnə “Android” versiyalı cihazlarla bağlı müddət uzadıldı

Aktual

22 Dekabr 2020, 20:05

“Android” əməliyyat sisteminin köhnə versiyaları ilə çalışan smartfon və planşetlərdən təhlükəsiz saytlara giriş 3 il uzadılacaq.

 

Modern.az bu barədə “Let’s Enscrypt”ə istinadən xəbər verir.

 

Bir qədər əvvəl “İden Trust” sertifikatlı imzanın fəaliyyət müddəti başa çatdığına görə “Android”in 7.1-dən əvvəlki versiyaları olan cihazlardan əksər saytlara girişin 2021-ci ilin sentyabr ayınadək bağlanacağı açıqlanmışdı. Lakin sonra imza məsələsinə çarə tapıldı, artıq yeni sertifikata keçərkən istifadəçilər hər hansı dəyişiklik hiss etməyəcəklər. Bu, 2024-cü ilədək davam edəcək. O vaxtadək köhnəlmiş smartfonları yenisi ilə əvəz etmək tövsiyə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi